HAQQIMIZDA

Təbii daş istehsalı sektorunda keyfiyyətli məhsullarına görə seçilən Gəmiqaya Marble 2005-ci ildə Naxçıvan MR-də fəaliyyətə başlamışdır. Müştəri məmnuniyyəti, keyfiyyət və standartın  tələblərini daim öndə tutan şirkət hazırda fəaliyyət göstərdiyi sektorun qabaqcıl təşkilatlarından biridir. Təbiətin bizlərə mirası olan təbii daş Gəmiqaya Marble tərəfindən modern texnologiyalarla,  yüksək keyfiyyətdə istehsal olunan məhsullar müxtəlif parametrlər-həcm, rəng homogenliyi, cila, dolğu vəs. kimi məsələlər üzrə dəfələrlə nəzarətdən keçirildikdən sonra istehlakçıya təqdim olunur. Gəmiqaya Marble  travertin, siyanit və mərmər bloklarını Naxçıvan Muxtar Respublikasının Qarabağlar Olive, Qarabağlar Travertin, Çalxanqala Bej, Çeşməbasar Siyanit və Yuxarı Buzqov Qara mərmər ocağı ərəzilərindəki zəngin yataqlardan çıxardıqdan sonra müasir avadanlıqların köməyi ilə travertin, siyanit və mərmər daşlarından müxtəlif ölçü və çeşidlərdə plitələr və mozaiklər istehsal edir. Gəmiqaya Marble həmçinin istehsal etdiyi məhsullarını dünyanın bir neçə ölkəsinə ixrac etməkdədir.